Azərpoçt

The client had an old website design that worked badly in terms of conversion. The bounce rate was very high, and the retention rate was too low. The client also provided UX audit that they have and requested to make a complex redesign from logic to visual perception based on it.

  • UX/UI Design
  • Developemnt
  • 3D animations
azerpost.az

Layihə haqqında

Azərpoçtun veb platformasının əsas məqsədi vətəndaşlara və şirkətlərə poçt xidmətlərini onlayn və rahat şəkildə təqdim etməkdir. Məqsəd prosesi sadələşdirmək, vaxt qənaətini təmin etmək və istifadəsi asan bir rəqəmsal təcrübə yaratmaqdır.

Biz nə etdik?

Sadə və aydın menyu strukturu, sürətli naviqasiya və əsas funksiyalara tez çıxış imkanlarını təmin etdik. Eyni zamanda, bütün proseslərin minimum addımla tamamlanması və rahat istifadənin təmin edilməsi üçün funksional detalları diqqətlə planlayıb və tətbiq etmişik.

Nəticə

Yenilənmiş veb platformada istifadəçilərin əsas xidmətlərə yalnız 2–3 kliklə çatmasını təmin edib. Platforma 5 əsas kateqoriya üzrə strukturlandırılıb ki, istifadəçilər axtardıqları xidməti tez tapa bilsinlər. Göndəriş izləmə və ödəniş funksiyaları üzrə istifadəçi prosesi təxminən 50% daha sürətli edilib. Nəticədə, dizayn istifadəçi rahatlığını artırır və bütün xidmətlərə intuitiv çıxışı təmin edir.

Nəticə

Yenilənmiş veb platformada istifadəçilərin əsas xidmətlərə yalnız 2–3 kliklə çatmasını təmin edib. Platforma 5 əsas kateqoriya üzrə strukturlandırılıb ki, istifadəçilər axtardıqları xidməti tez tapa bilsinlər. Göndəriş izləmə və ödəniş funksiyaları üzrə istifadəçi prosesi təxminən 50% daha sürətli edilib. Nəticədə, dizayn istifadəçi rahatlığını artırır və bütün xidmətlərə intuitiv çıxışı təmin edir.

Araşdırma və ideyalar

Layihəni hazırlamadan əvvəl dünya üzrə 100-dən çox dövlət poçt qurumunun saytları ətraflı şəkildə araşdırıldı. Bu təhlil sayəsində ən yaxşı istifadəçi təcrübəsi nümunələri seçildi və Azərpoçtun veb platformasında tətbiq olundu.

Araşdırma zamanı rəqib saytların ümumi bazar vəziyyəti, əsas xidmət strukturları və istifadəçi
əməliyyatları təhlil edilib. Komanda həm funksional, həm də vizual aspektləri, o cümlədən
naviqasiya, vizual iyerarxiya və əlçatanlıq təcrübələrini müqayisə edib. Əldə olunan nəticələr
əsasında güclü və zəif tərəflər müəyyənləşdirilib və Azərpoçtun platforması üçün ən yaxşı UX/UI
praktikaları tətbiq olunub.

UX Dizayn

Layihənin hazırlanmasında müştərinin ehtiyacları və sifarişçinin tələbləri diqqətlə analiz olunur,
rəqib saytlar və ən yaxşı praktikalar öyrənilir. Bu məlumatlar əsasında funksional və rahat
interfeys yaratmaq üçün dizayn qərarları qəbul edilir.

Yeni platforma əvvəlkinə nisbətən intuitiv və sadə qurulub, beləliklə yeni istifadəçilər də əlavə təlimata ehtiyac olmadan bütün funksiyalardan yararlana bilir. Əsas xidmətlər və məlumatlar vizual iyerarxiya prinsiplərinə uyğun olaraq ön plana çıxarılıb, menyular və düymələr bütün səhifələrdə ardıcıl və təkrarlana bilən şəkildə yerləşdirilib. Dizayn həm mobil, həm də masaüstü istifadə üçün əlçatan və rahatdır, istifadəçilər əsas vəzifələrini minimum addımla yerinə yetirə bilir, prosesslər fokuslu və vaxt qənaətli şəkildə optimallaşdırılıb.

Azərpoçtun veb platforması ilə istifadəçilər yalnız xidmətləri deyil, eyni zamanda rahatlıq və sürət təcrübəsini də əldə edirlər. Modern dizayn elementləri və strateji yerləşdirilmiş funksiyalar sayəsində hər klik məntiqli və məqsədəuyğundur, istifadəçilər üçün stresssiz bir onlayn poçt təcrübəsi təqdim olunur.


Platforma həm vizual olaraq cəlbedici, həm də əməliyyat baxımından ağıllı həllər təqdim edərək Azərpoçtu digərlərindən fərqləndirir və istifadəçi bağlılığını artırır. İstifadəçilər xidmətlərə sürətli çıxış əldə edir və hər qarşılıqlı əlaqə rahat və intuitiv olur, bu da platformanı ən əlçatan və müasir rəqəmsal poçt təcrübəsi halına gətirir.